Mollaisaqlı

İsmayıllı rayon Mollaisaqlı

Baba Veziroglu

"Ayrılıq" və "Bağışladım" şeirlərilə "Yeri gəlmişkən"də... 19.01.2016...

Şirvan Ailəvi İstirahət Mərkəzi

Əlaqə: 070 222 11 63

HamamTimes

Böyüklüyünün qarşısında baş əyir,
qurduğun dövləti qorumağa and içir bu gənclik! #28May

Paylaşdı: Royal Pashayev

HAPUT birliyi

Haput foluklor qurupu

Baba Veziroglu

"İlahi" və "Heç nə istəmirəm" şeirlərilə "10dan sonra"da... 19.05.2016.

youtube.com

Alim Qasimov Deyin Hardadır

dahi senetkar

moderator.az

Xərçəng hüceyrələrini 2 gündə məhv etdi - ŞOK

moderator.az Moderator.az - eksklüziv xəbərin ünvanı

youtube.com

Qubanın dağ kəndlərində yaşayan etnik azlıqlar haqqında reportaj / RTV

Mənbə: RTV http://www.rtv.az/news/social/16950 29.05.2015 Əsrlər boyu qorunan uzaq dillər, yaxın kəndlər Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Ə...

youtube.com

АЗЕРБАЙДЖАН VS АРМЕНИЯ.flv

Приятно что несмотря на вражду наших народов , спортсмены находят мужество пожать друг другу руку,

Axsam.Az

Gələcəyin taksisi

Taxi of future

İsmayıllı Kitab Klubu

Dəyərli kitabçılar yarmarkamızı yekunlaşdırırıq.Kitab istəyənlər gəlin.Bu imkan heç zaman ələ düşməyəcək.Kitablarımız güzəştlə satılır...

Azerbaycan-Azerbaijan

Allah Rəhmət eləsin.

Azadlıq Qəzeti

mence kimise layiqnce cavabini aldi oda ayb olar bizim qanunu bilmiyen polis memurumuz oldu

Yol polisi əməkdaşlarından biabırçı hərəkətlər. Hadisə bu gün saat 17:00 radələrində baş verib.

Paylaşdı: Azərbaycan Xalq Cəbhəsi Partiyası

Mollaisaqlı səyfəsinin admini Amil Muradov

Kendimizin agsaqqali Sireli baba

youtube.com

Qarabag Balasi, ve super muqam!

Qarabag Balasi, ve super muqam! sohbet chat muhabbet google koca kafalar Sanalisyan Çok güzel bi şarkı daha Sohbet chat Duygusal Sagopa mp3 Romantik Dugusal ...

Untitled Album

Untitled Album

Söz Bazarı

Gücümüz çatdığı qədər paylaşaq!!!

Ermənistanda Rusiyanın bayrağı yandırıldı
Ermeniler Rusiyanın bayrakını yaktı
Burned the flag of Russia in Armenia.
В Армении сожгли флаг России

FOX.AZ - Günün Xəbəri

Ermənistanda yeni xiyar növünə prezidentləri Serj Sarkisyanın adı verilib =) İzləyək və paylaşaq =)

youtube.com

Erməni jurnalistin Qarabağdan cəkdiyi görüntülər (03 04 2016)

youtube.com Cəbhədə son durum.Qarabagdan görüntülər.ermeni jurnalistin cekdiyi goruntuler ----------------------------------------------------------------------------- M...

Mollaisaqlı

Profile Pictures

Mollaisaqlı

youtube.com

Agdam 2016 Burhan Imranoglu

Bagislama Bizi Agdam...

Axsam.Az

Azərbaycanlı istedad

Timeline Photos

[03/29/16]   Bizim kandimiz elimiz obamiz dayarli Bir oqulu dayarli xalq muellimini itirdi allahTacaddin muellime qeni qani rahmat elasin qabri nurla dolsun yeri cannat olsun insallah

axar.az

Keçmiş əsgərin ümidi təkcə Allaha qalıb – Ana fəryadı AXAR.AZ

axar.az 1988-ci il təvəllüdlü Vüsal Bağıyev böyrək çatışmazlığından əziyyət çəkir. İsmayıllı rayon sakini olan Vüsal Gəncə şəhərində hərbi xidmətini başa vurandan 6 ay sonra böyrəyindən şikayət edib. Dövlət qeydiyyatına isə bir ay sonra düşə bilib. 

Doğulduğu yurda, torpağa, el-obaya dayaq bu geniş qəlbli İNSAN!.. Qəlbində bütün dünya yerləşər- Tanrı qorusun belə xeyirxah insanları!..

youtube.com

Qubanın dağ kəndlərində yaşayan etnik azlıqlar haqqında reportaj / RTV

Mənbə: RTV http://www.rtv.az/news/social/16950 29.05.2015 Əsrlər boyu qorunan uzaq dillər, yaxın kəndlər Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Ə...

albaniya.ucoz.org

Hapıtlar haqqında - Hapıtlar(Hərlər) - Alban Tayfaları - Fayl kataloqu - Albaniya - Алпаны

albaniya.ucoz.org Haputlular, haputlar və ya hapıtlar — Azərbaycan Respublikasıda Şahdağ milli etnik qrupunun nümayəndələri, aborigen Azərbaycanlılar.

Photos from Mollaisaqlı's post

youtube.com

Idris Heyderli - Haputlar - 2 hisse

Gizli ve Ashkar Azerbaycan

Haputlular, haputlar və ya hapıtlar — Azərbaycan Respublikasıda Şahdağ milli etnik qrupunun nümayəndələri, aborigen Azərbaycanlılar.
Haputlular Qafqaz mənşəli, Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid bir xalqdır. Əsasən Quba( Haput,Ibrahimhapıt və s. ), Xaçmaz(Şıxhaput və s.), Qəbələ(Melikli,Sileyli və.s), İsmayıllı(Hacihetemli,Mollaisaqlı və s.), Ağdaş rayonunda(Hapıtlı,Ovculu və s.) və Bakı, Sumqayıt şəhərlərində yaşayırlar. Kompakt halda Quba rayonunun Haput,Ibrahimhapıt, İsmayıllı rayonunun Hacıhətəmli və Mollaisaqlı kəndlərində məskunlaşmışlar.Haputlar Azerbaycanin Qafqaz dil ailəsinə mənsub Haput dilində danışırlar.Qiyasəddin Qeybullayev qeyd edir ki, Qafqaz Albaniyasının sakinləri olan herlər indiki haputluların ulu əcdadıdır. Haputlular özlərini indi də "hər" adlandırırlar. Haputlar müsəlmandır.
Haputlar Azerbaycanin muxtelif bolgelerinde az sayli xalq kimi yaşayırlar.Ekseriyyeti öz ana dili olan Haput dilini unudaraq Azerbaycan türkçesinde danışırlar.Keçen esrin ortalarında Azerbaycanın Qazax,Ağıstafa,Tovuz,Oğuz,Ucar,Zerdab rayonlarinda da Haputlara rast gelinib.
Hapıtların inanclarında göy tanrıçılıq inamı indi də yaşamaqdadır

İsmayıllı rayonunda Azərbaycan türkləri ilə yanaşı digər xalqların və etnik qrupların nümayəndələri yaşayır: ləzgilər, ruslar (malakanlar), yəhudilər, lahıclar, qədim albanların nəslindən olan hapıtlar. Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrindən hapıtlar haqqında müəyyən təsəvvürlər var. Bu yazıda həmin təsəvvürü bir az da genişləndirməyə çalışacağıq. Araşdırmaçı, yazıçı-publisist Xeyrulla Ağayev əslən İsmayıllı rayonunun Hacəhətəmli kəndindəndir. O, bu yöndə danışaraq bildirir ki,

Azərbaycan tarixinin böyük bir dövrünü əhatə edən Qafqaz Albaniyasını təşkil edən əhalinin, etnosun bu günə gəlib çatan adlarından biri də hapıtlardır: "Tarixdən məlumdur ki, Albaniyada 26 tayfa yaşayıb. Tarixi tədqiqatlarda görə, hapıtlar herlərlə bağlıdır. Alban tarixi kifayət qədər, obyektiv araşdırılmadığından bu gün hapıtların haradasa başqa prizmadan təqdimi müşahidə olunur". X.Ağayev

Kürün şimal sahilində - Ağdaşın, Qəbələnin, Oğuzun, Zərdabın, Şəkinin müəyyən kəndlərində vaxtilə hapıt dilində danışanların olduğunu bildirir: "İndi tək-tük danışanlar bu dili xatırlayırlar. Ancaq hapıtların kompakt halda yaşadıqları yerlərdə - İsmayıllının və Qubanın bir neçə kəndlərində bu dil daha yaxşı yaşadılır. İsmayıllının Hacıhətəmli və Mollaisaqlı kəndlərində aparılan arxeoloji qazıntılar zamanı 2-3 min il yaşı olan qəbirlər aşkar edilib. Bu faktlər əsasında müəyyən qənaətlərə gəlmək olar. Sözügedən məsələ barəsində arxeoloq-tarixçilərimiz qənaətlərini söyləyiblər".

Arxeoloq Fazil Osmanov bu iki kənd, habelə Həftəran vadisi boyunca aparılan arxeoloji qazıntılarla bağlı qənaətlərini ortaya qoyub. Sonradan Qafar Cəbiyev bu mövzunu tədqiq edib, Qiyasəddin Qeybullayev arxeoloji araşdırmalarla bağlı fikirlərini bildirib. X.Ağayev bu fikirdədir ki, hapıtlar xarakter, psixologiya, məişət baxımından türk ruhuna çox yaxındırlar. Bu, özünü vətənpərvərlik, mübarizlik məsələsində daha çox göstərir: "Xalq hərəkatı, Qarabağ savaşı zamanı bu kəndlər fədakarlıqları ilə seçiliblər. Bu gün hapıtları türkə yaxınlaşdıran ilk növbədə xarakterdir. Camaatın inanclarında göy tanrıçılıq inamı indi də yaşamaqdadır. Dil sarıdan da müəyyən uyğunluqlar, oxşar sözlər nəzərə çarpmaqdadır. Məsələn, Türkiyə türklərində sənədə "kahat" deyirlər, bizdə də bu (eynən (sənəd) anlamındadır. Bizdə Allaha qoq deyirlər. Qoq "yüksəklik", "göy" mənasındadır. Yüksəkliyə də "qoq ki qağa" deyirik, yəni "Allahın yüksəkliyi".

Qafqaz Albaniyası ilə bağlı araşdırmaların istənilən nəticəyə gəlmək imkanı vermədiyini qeyd edən X.Ağayev bildirir ki, bu gün dünyada Qafqaz Albaniyasını hətta ermənilərlə bağlamaq cəhdləri də var. Ancaq bu iddiaların heç birinin əsası yoxdur: "Həmişə bizim kəndlərin əhalisində türklüyə, Türkiyəyə güclü meyl olub. Bizim camaat həmişə deyir ki, türklər bizi xilas etməyə gəlmişdilər. Bu gün İsmayıllıda Türkiyə türklərinin Azərbaycanı 1918-ci ildə xilas etməsinə həsr olunmuş abidə mövcuddur. Kəndimiz Hacıhətəmli 1918-i ildə ermənilər tərəfindən qırıla, tamamilə məhv edilə bilərdi. Molla Qurbanın Dadaş adlı bir erməni nökəri olub. Bu, mal-qara otarırmış. Ermənidən çıxmayan iş, türkün verdiyi çörək görünür, ürəyini yumşaldıb, camaata xəbər verib ki, ermənilər gecəynən kəndi basacaq, sizi də məhv edəcəklər. Kəndin camaatı təpədən-dırnağa kimi silahlanmış erməninin qabağında nə edə bilərdi? Məcbur olublar, Göyçay istiqamətində kəndi tərk ediblər. Ermənilər kəndə hücum edir, olan-olmazı soyub aparır, apara bilmədiklərini də yandırırlar. Ermənilər bizim kənddən 1918-ci ilin iyulunda qovulub. Qafqaz İslam Ordusunun əsgərləri bu ərazilərdə gedən döyüşlərdə əsl qəhrəmanlıq göstəriblər. Bir türk zabiti, iki əsgər qəhrəmancasına həlak olub. Kəndin mollası Həmid Ağayev həmin türk qəhrəmanların qəbirlərini o çətin zamanlarda qoruyub, saxlayıb. Baxmayaraq ki, ətrafda ermənilər yaşayırdı. Ruslar o qəbirlərə insanların diqqəti azalsın deyə, xeyli kənardan yol çəkmişdilər. Hətta qəbir daşını da oğurlayıblar. 1967-ci ildə Süleyman Dəmirəl Türkiyənin baş naziri kimi SSRİ-yə gələrkən iki dövlət arasında - Kosıginlə Dəmirəl arasında anlaşma olur ki, Azərbaycandakı türk qəbirlərinə toxunulmasın. Dəmirəlin adından kəndimizdəki qəbirləri qoruyan həmin şəxsə viza da verilib. Molla milis işləyən oğullarına görə Türkiyəyə getməkdən vaz keçib ki, barəsində başqa cür fikirləşərlər". Hapıtların Azərbaycan mədəniyyyətindən bəhrələndiyini deyən Xeyrulla Ağayev varlığını Azərbaycan-türk mədəniyyətində tapdığını deyir: "Xarakter sarıdan türk mədəniyyəti ilə qaynayıb-qarışmışıq. Dilimizdə "iməclik" sözü var. Bir vaxtlar indiki Sankt-Peterburqda bir akademikin Albaniyaya aid çıxmış kitabda oxudum ki, "iməclik" sözü alban dilində "pulsuz kömək" deməkdir. Kür çayının adı alban dilində "çay" deməkdir. Bizdə indi də görməzsən ki, kimsə kiməsə pulla iş görsün. Kimsə ev tikəndə deyirlər ki, filankəs iməci (yəni iməcliyə) çağırır. Bizlərdə indi də alver psixologiyası o qədər inkişaf etməyib.''Mamay'' Haput(alban) sozudu menasi ''bibi''.Azerbaycan turkcesinde bibiye ele bibi deyirler.Amma Azerbaycanin bezi bolgelerinde bibiye hem ''bibi'' hem de ''mamay'' deyirler.''Ixtilat'' sozu de Haput(alban) sozudu.Azerbaycan turkcesinde aciqlamasi ''sohbet'' demekdi.Indi Azerbaycan tukcesinde ixtilat sozu az islenir amma yaxin kecmis zamanda Azerbaycan dilinde bu sozden cox istifade olunurdu.

Hapıt dilinin yazılı xüsusiyyətinin olmamasına gəlincə, Xeyrulla Ağayev deyir: "Dünyada 3 min dil var, onun cəmi 200-nün yazılı xüsusiyyəti var. Vaxtilə 52 hərfdən ibarət alban əlifbası olub. Təəssüf ki, hələ də alban əlifbasını oxuya bilən mütəxəssis yoxdur. Mingəçevirdə su elektrik stansiyası tikilərkən ilk dəfə bütün hərflərin olduğu mətn üzə çıxdı. Kəndimizdə məktəb tikilərkən belə bir abidə tapılıb, Mingəçevirdə tapılan abidədən 700-800 il qədimdir. Bu gün gürcülərin və ermənilərin istifadə etdikləri qrafik işarələrin çoxu alban əlifbasından götürülüb". X.Ağayev hapıtlarda Novruz bayramı ilə bağlı bütün ritualların keçirildiyini, oda müqəddəs münasibətin yaşadığını bildirir: "Oda, suya münasibət türk ruhunda necədirsə, bizdə də elədir. Camaat and içəndə qoq deyər, yəni günəşə and içirəm".

Bu gün hapıtlar dillərini öz aralarında məişət səviyyəsində qoruyub yaşadırlar: "Mənim yanımda danışan hapıtın Mollaisaqlı və ya Hacıhətəlidən olduğunu ayıra bilirəm. Bizim dildə ədəbiyyat yaradılmayıb. Hapıtların ayrıca folklor ansamblı var, 2 ildir yaradılıb. Elmi-ədəbi dildə danışanda istər-istəməz əksərən Azərbaycan türkcəsinə müraciət etməli oluruq". X.Ağayev bu gün də hapıtlara xas folkloru toplamaqla məşğuldur: "Lətifələri, başqa janrlardakı folklor materiallarını toplamışıq, bunların müəyyən hissəsini çap etmişik. Bu işi yenə də davam etdirəcəyik".

Hapıt dilində qadın, kişi cinsləri, üstəgəl canlı, cansız cinslər də var. X.Ağayevin dediyinə görə, hapıt dili fransız alimi tərəfindən araşdırılıb: "5-6 il həmin fransız alimi gəlib hapıtların dilini araşdırıb, burada bir neçə ay qalıb, sonra da doktorluq dissertasiyası müdafiə edib".


Qubanin Haput kendi..

Haput kəndi Quba rayonunun Əlik kəndinin inzibati ərazi vahidində yerləşir. Baş Qafqaz silsiləsinin yamacındadır. Azərbaycanın qafqazdilli etnik qrupu olan haputluların məskunlaşdığı kəndlərdəndir. Özlərini hər adlandırırlar. Kəndin adı Ptolemeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir.Kənddə məskunlаşmış əhalinin çоx böyük əksəriyyəti hаzırdа qışlаq və yаylаq şərаitindən istifаdə еtməklə hеyvаndаrlıqlа məşğul оlur. Оnlаr ilin bir yаrısını qışlаqdа, digər yаrısını isə yаylаqdа kеçirməyə аdət еdib. Hər il оktyаbrın 1-dən 15-dək qоyun sürülərini qışlаğа еndirir, mаy аyının 1-15-i аrаsı isə yаylаğа çıxаrırlаr.
Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir.
Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli,Haputlu Kürd,Haputlu İmamlı,Haputlu Hacı Qətəsi,Haputlu Nətəs Qacar, Haputlu Hacatamlı kəndləri var idi.
Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir.
Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göycay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli Haputlu Nətəs Qacar, Haputlu Hacihətəmli kəndləri var idi.
Başqa bir mənbədən:

Hapıtlar(Haputlar)
Əlbəttə, alban və udin dillərinin yaxınlığını və ya qohumluğunu danmaq, yaxud da onları eyniləşdirmək üçün hələ ki, albanşünasların əlində yetərincə dəlil və sübutlar yoxdur. Yəni, ən azı ona görə ki, hələlik hapıtlar və onların dili barəsində də eyni cür düşünmək mümkündür. Elə isə hapıtları albanlara yaxın edən nədir? Birincisi, hapıtlar da bu ərazinin əzəli sakinlərindəndir. Onlar da antik və erkən orta əsrlərdə albanların sıx məskunlaşdığı ərazidə yaşayırlar [190]. Uzun illər belə hesab edirdilər ki, hapıtlar yalnız Mollaisaqlı və Hacıhətəmli kəndlərində yaşayıblar. Lakin 1980-ci illərdə İsmayıllı rayonu ərazisindəki epiqrafik abidələr öyrənilərkən məlum oldu ki, hapıtlar XVI-XVII əsrlərdə rayonun indiki Qalacıq kəndi ərazisində də yaşayıblar. Tədqiqatçı Ağaqasım Qasımov tərəfindən Qalacıq kəndi ərazisindəki Pirdavud qəbiristanlığında oxunmuş 14 kitabənin hamısında «hapıt» sözünə rast gəlinməsi bunu təsdiq edir. Həmin qəbirlərin baş daşlarına həkk olunmuş kitabələrdən belə məlum olur ki, orada dəfn olunanların hamısı hapıt etnosuna mənsub insanlardır. Bunlar hicri tarixlə 1085-ci ildə (1673-74) vəfat etmiş Rza Hapıtoğlu Molla İmam, 1066-cı il tarixdə (1654-55) vəfat etmiş Bəndə ibn Xaliq Hapıtoğlu, 1053-cü il (1642-43) tarixdə vəfat etmiş Sədican ibn Muradpaşa Hapıtoğlu, 1077-ci il (1065-66) tarixdə vəfat etmiş Əli Rza ibn Molla İbrahim Hapıtoğlu, 1098-ci il (1686-87) tarixdə vəfat etmiş Əhməd oğlu Hapıtlının qızı Bikə Sultan, 1059-cu il (1648-49) tarixdə vəfat etmiş Göyçəbəyim Əhmədcan Hapıtlı, 1006-cı il (1596-97) tarixdə vəfat etmiş Kəriməli Hapıtlı qızı Mahan, 1078-ci il (1666-67) tarixdə vəfat etmiş Molla Nemətulla Hapıtlının qızı Həcər, 1066-cı il (1655-56) tarixdə vəfat etmiş Rövşən ibn Mamay Hapıtlı, 1096-cı il (1684-85) tarixdə vəfat etmiş Molla Əmirqulu ibn Maqsud Hapıtlı, 1082-ci il (1670-71) tarixdə vəfat etmiş Molla Fəzil ibn Mövlana Cəmaləddin Hapıtlı və 1082-ci il (1670-71) tarixdə vəfat etmiş Camal ibn Molla Cəfər Hapıtlıdır. Kitabələrdən göründüyü kimi, Pirdavud qəbiristanında dəfn olunanların 9 nəfəri «hapıtlı», 3 nəfəri «hapıtoğlu», 3 nəfəri isə «hapıt qızı»dır. İkincisi, hapıtların da özlərinə məxsus dili var. Bir daha təkrar edirik ki, Azərbaycan ərazisində İsmayıllı rayonunda hapıt dilinin daşıyıcıları kompakt şəkildə ancaq Mollaisaqlı və Hacıhətəmli kəndlərində yaşayırlar. Əfsuslar olsun ki, bu qədim və həm də artıq assimilyasiya olub qurtarmaqda olan etnosun dili, adət-ənənələri və folkloru bu günədək lazımi səviyyədə tədqiq olunmayıb. Bəzi zahiri xüsusiyyətlərinə görə hapıt dilinin udin və ləzgi dillərinə yaxın olduğunu güman edirlər. Bu da təbiidir. Çünki, həmin etnoslar əsrlər boyu yanaşı yaşayıblar, bir-birinə təsir edib və bir-birindən nələrisə əxz ediblər. Maraqlıdır ki, özünün ayrıca dili olan hapıtların cəmisi 29-dək sayları var. Yəni, 29-dək saydıqdan sonra onlar Azərbaycan dilində
olan say sisteminə keçirlər. Strabon isə albanlar haqqında yazırdı ki, onlar 100-dən yuxarı say bilmirlər [617, 476]. Görünür, tədqiqatçılar bu məqama da xüsusi diqqət yetirməlidirlər. Nəzərə almaq lazımdır ki, Albaniya ərazisində yaĢayan etnoslardan hələlik yalnız hapıtların 100 dairəsindən yuxarı sayı olmadığı bəllidir. Hansı ki, udinlər və ləzgilər barədə bunu demək olmaz. Nəhayət, hapıt dilində «çay» mənası bildirən «kür» sözünə də diqqəti yönəltmək istərdik. Məlumat üçün bildirək ki, hapıtların yaĢadığı Mollaisaqlı və Hacıhətəmli kəndləri Göyçay çayının sahilindədir. Yerli sakinlər indi də mal-qaranı və qoyun-quzunu çaya suvarmağa aparanda «kürə aparıram» deyirlər. Bəlkə, «Kür» toponimi də elə bu zəmində yaranıb?! Fikrimizcə, bütün bunlar alban dili ilə bağlı araĢdırmaları davam etdirmək baxımından çox tutarlı arqumentlərdir. Bu istiqamətdə tədqiqatları davam etdirmək üçün isə əlbəttə ki, hapıt dilini öyrənmək, hapıtların məişət və mədəniyyətinə daha dərindən bələd olmaq gərəkdir. Kim nə bilir, alban dili və alban əlifbasının sirlərini öyrənməyin yolu bəlkə elə hapıt dilindən keçir!..

Albanlarla yanaşı, udinlərin və hapıtların da ərazinin avtoxton sakinləri kimi təqdim olunması, irandilli əhalinin (tatların) isə Girdiman ərazilərinə köçürülmə tarixi və məskunlaşma arealı, müəyyən tarixi dövrdən sonra onların da tədricən albanlaşması ilə bağlı əsərdə irəli sürülən mülahizələr də fikrimizcə, erkən orta əsrlərdə Albaniyanın etnik mənzərəsini daha dərindən öyrənmək baxımından əhəmiyyətli ola bilər.
Məlum olduğu kimi, qədim yunan, latın, ərəb, fars, türk, erməni və gürcü mənbələrində Kür çayının adı «Kor», «Kur», «Kir», «Kirin», «əl-Kurr», «Mtkuari» və s. kimi xatırlanır. Və bir çox müəlliflər də «Kür» toponiminin etimoloji cəhətdən izahını məhz həmin dillərdə axtarmağa cəhd ediblər .Fikrimizcə, bu halda çox mühüm bir amil nəzərdən qaçırılıb. Nəzərə almayıblar ki, Albaniya ərazisi yuxarıda adları sadalanan və sadalanmayan çoxsaylı digər xalqların məskunlaşdığı məmləkətlərlə müqayisədə qat-qat daha erkən məskunlaşıb. Təbiidir ki, belə bir çayın mövcudluğu bu yerlərin əzəli sakinlərinə baĢqalarından çox-çox əvvəl bəlli idi. Deməli, yunanlar da, ərəblər də, farslar da, ermənilər də, lap elə qeyriləri də sözsüz ki, Kür çayının adını ərazinin daha qədim sakinlərindən eşidə bilərdilər. Bu mənada akademik A.Axundovun «Kür» toponiminin mənşəyini Azərbaycan torpağının qədim sakinləri olan albanların dilində axtarmaq lazım olduğuna dair mülahizəsi bizcə daha inandırıcıdır .
Tədqiqatçıların əksəriyyəti belə hesab edir ki, «su», «çay» mənası verən «Kür» sözü iber-Qafqaz mənĢəli olub yerli alban tayfalarının birinin dilindən götürülüb. Maraqlıdır ki, qırız, buduq və hapıt dillərində «kur» sözü «su», «çay» mənası bildirir. İsmayıllı rayonunun Hacıhətəmli və Mollaisaqlı kəndlərinin sakinləri mal-qaranı və qoyun-quzunu suvarmaq məqsədilə Göyçay çayına aparırlar. Maraqlıdır ki, bu zaman onlar mal-qaranı «kürə» aparırıq - deyirlər. Xatırladaq ki, görkəmli tədqiqatçı ġ.M.Sədiyevin tədqiqatlarında da bu barədə məlumatlar öz əksini tapıb. Etnoqraf M.Nəsirlinin 1947-ci ilə aid qeydlərində Qonaqkənd rayonunun Qırız və Alik kəndlərinin sakinlərinin qırız dilində işlətdikləri «kür» sözünün «çay» mənası ifadə etdiyi bildirilir . «Kür» toponiminə dair xüsusi məqalə yazan M.C.Xəlilovun fikrincə isə bu toponim «sürətlə axan su» mənası bildirir.
XIX əsrin ortalarından başlayaraq qafqazşünaslar tərəfindən alban dili, alban əlifbası və alban ədəbiyyatı barədə araşdırmalar aparılır. XX əsrin ortalarından etibarən Azərbaycanda da bu istiqamətdə intensiv tədqiqatlara baĢlanıb . Bununla belə, həllini gözləyən problemlər də çoxdur. Konkret desək, alban dilinin leksikası, morfologiyası və ümumiyyətlə, qrammatik quruluşu barədə hələlik əlimizdə heç bir məlumat yoxdur. Bizə məlum olan yalnız Strabonun «onların 26 dili vardır, odur ki, bir-biri ilə çox çətin əlaqə saxlaya bilirlər» ifadəsidir . Göründüyü kimi, burada da konkret olaraq albanlardan deyil, ümumiyyətlə Albaniyada yaşayan 26 etnosun fərqli dillərə malik olduğundan bəhs edilir. Albanlar həmin 26 etnosdan biridirmi? Bəlkə, «alban» dedikdə, ümumiyyətlə Albaniyada yaşayan bütün etnoslar nəzərdə tutulur?! Doğrusu, tarixçilər tərəfindən bu suallara hələlik tam aydınlıq gətirildiyini demək olmaz. Elm üçün qaranlıq olan məqamlar olduqca çoxdur. Belə olan təqdirdə təbiidir ki, albanşünaslar «nə etməli» ?
Fikrimizcə, bu haqda elmi axtarışların təməl prinsiplərindən olan məlumdan məchula prinsipindən çıxış etmək lazım gəlir. Gəlin görək elm üçün məlum olanlar nədir? Məlum olan odur ki, təqribən 2000 il öncə burada müxtəlif dillərdə danışan 26 etnos yaşayıb. O etnoslar hansılardır? Təbiidir ki, onlardan bir qrupu dili və mədəniyyəti baxımından zaman-zaman assimilyasiyaya məruz qalaraq tarix səhnəsindən gedib. Amma bütün etnoslar barəsində bunu demək olmaz . Təqdim olunan tədqiqat əsəri bilavasitə Girdiman vilayətinə aid olduğundan, biz də orada məskunlaşmış olan qədim etnoslardan olan udinlər və hapıtların timsalında müəyyən mülahizələr bildirməyə cəhd edəcəyik. Həmin etnoslar əsasən udinlər, ləzgilər, hapıtlar və İran mənşəli tatlardır.

Udinlər hazırda Azərbaycan Respublikasının Oğuz Şəhəri və Qəbələ rayonunun Nic kəndində yaşayırlar . Roma mütəfəkkiri Böyük Plini udinlərin sak tayfası olduğunu bildirir. Hapıtlar İsmayıllı rayonunun Mollaisaqlı və Hacıhətəmli ,Ağdaşın Hapıtlı,Qubanın Haput,İbrahimhaput ve başqa kəndlərində ,Qusar,Xaçmaz rayonlarında ,Bakı və Sumqayıtda tatlar isə əsasən şimal-şərqi Azərbaycanda, o cümlədən də İsmayıllı rayonunun Lahıc qəsəbəsi ətrafında olan dağ kəndlərində məskunlaşıblar. Ləzgilərin məskunlaşdığı yaşayış məntəqələri isə istər İsmayıllı, istərsə də Qəbələ və Oğuz rayonlarında daha çoxdur. Onlar əsasən maldarlıqla məşğul olduqlarından daha çox dağlıq və dağətəyi ərazilərdə məskunlaşıblar. Bu etnoslardan yalnız tatlar sonradan (yəni, eramızın əvvəllərində) buraya köçürülüb. Udinlərin, ləzgilərin və hapıtların isə ta qədim zamanlardan başlayaraq bu ərazilərdə məskunlaşdığı danılmaz faktdır. Odur ki, alban dilini və mədəniyyətini anlamaq və öyrənmək baxımından həmin etnosların dilinin, folklorunun və mədəniyyətinin hərtərəfli tədqiqi çox önəmli məsələdir. Xatırladaq ki, tarixi mənbələrdə Xilafət asılılığı dövründə Uti vilayətinin düzən ərazilərinin əhalisinin «Arran» dilində danıĢdığı bildirilir. K.V.Trever isə daha çox F.Korqanovun hələ 1844-cü ilə aid qeydlərində albanları udinlərlə eyniləşdirmək barədəki məlumatına əsaslanaraq «Arran» dilinin alban-udin dili olduğunu ehtimal edir

Want your business to be the top-listed Travel Agency in Ismayıllı?

Click here to claim your Sponsored Listing.

Videos (show all)

Location

Category

Address


Mollaisaqlı
Ismayıllı
3100
Other Tour Agencies in Ismayıllı (show all)
İsmayıllı Tur Agentliyi İsmayıllı Tur Agentliyi
İsmayıllı
Ismayıllı

İsmayıllı rayonunun gözəl yerlərinə turların təşkili.Müxtəlif tələblərə uyğun xidmətlərimiz mövcuddur.Babadağ və başqa məkanlara mövsümi turlar

Ismayıllı Ismayıllı
Baki
Ismayıllı, 1000

Tur,gezinti