Nərgizava Antik dövr abidəsi

Nərgizava antik və ilk orta əsrlərə aid geniş ərazini əhatə edən və zəngin maddi-mədəniyyətə malik abidədir...

xalqqazeti.com

Azərbaycan arxeologiyası: uğurlar, problemlər, vəzifələr

Prof.Dr. Qafar Cəbiyev Azərbaycanda arxeologiyanın uğur, problem və vəzifələrindən yazıb...
http://xalqqazeti.com/az/news/4994

xalqqazeti.com Azərbaycan arxeologiyası: uğurlar, problemlər, vəzifələr

miras.az

III BEYNƏLXALQ TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ FOLKLOR FESTİVALI

2 gün sonra Gəgəlidə festival başlanır...
http://miras.az/index.php?sectionid=8§=1254

miras.az Türk dünyasının tarixi obalarından biri Axtaçı obasıdır. Başqırd əsilli Türkiyə tarixçisi Əhməd Zəki Vəlidi Toğan bu adı oğuzlarla əlaqələndirir. Mənbələrdə “Axtaçı” adına ilk dəfə Çingiz xanla əlaqədar hadisələrdə rast gəlinir. Sonralar türk-monqol döv...

miras.az

Gənclərin III Beynəlxalq Mədəni İrs və Turizm Forumu

Gənclərin III Beynəlxalq Mədəni İrs və Turizm Forumu
Modern Virtual Reallıqda Mədəni İrs və Turizm
1-2 fevral 2018
Bakı, Azərbaycan
Tanıdıqlarınızı dəvət edin, zəhmət olmasa

miras.az Forumun məqsədi gəncləri bir araya gətirərək müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, riyazi texnologiyanın tətbiqi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların müba...

Ənənəvi Ohrid Makedoniya konfransımız elan olundu... Azərbaycan dilində mətn də tezliklə yerləşdiriləcək...
http://miras.az/index.php?lang=en§ionid=53§=1241

agsunews.az

Arxeoməktəb layihəsi başlanıb -

Layihənin eksperti Dr. Fariz Xəlilli mədəni irsin öyrənilməsində və təbliğində arxeologiyanın əhəmiyyətindən bəhs edib. Ağsuda aparılan arxeoloji qazıntıların nəticələri əsasında ARXEOMƏKTƏB klubunun fəaliyyəti zamanı görüləcək arxeoloji və etnoqrafik işlərlə bağlı məlumat verən Fariz Xəlilli orta əsr Ağsu şəhərində 2 günlük düşərgə-ekspedisiyanın təşkil ediləcəyini, məktəbli arxeoloqların imitasiya olunmuş arxeoloji qazıntılarda iştirakının təmin ediləcəyini bildirdi.
http://agsunews.az/index.php?sectionid=news&id=1201

agsunews.az

agsunews.az

Şamaxıda beynəlxalq simpozium -

Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialı, Amasiya Universiteti, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Amasiya Azərbaycan Türkləri Kültür-Sanat və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə 17-18 may 2017-ci ildə III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu keçiriləcək.
http://agsunews.az/index.php?sectionid=news&id=1181

agsunews.az

1905.az

İlyas Babayev: “Azərbaycan ərazisindəki bütün abidələr Azərbaycana, xalqımıza aiddir.”

Əhəmənilər çox böyük əraziyə malik imperiya idi. Yalnız dövlətin Persepol, Pasarqad kimi çox böyük şəhərlərində buna oxşar abidələr var. Qalan satraplıqlarda bizim abidə qədər önəmlisinə hələ rast gəlinməyib. Görünür, Qafqazdakı satraplıq imperiyanın daha çox diqqət mərkəzində olub. Əhəmənilər imperiyasında qızıl və gümüş pullar zərb olunurdu. Qızıl pullar yalnız Şahənşah tərəfindən zərb edilirdi. Bəzi hallarda gümüş pulların satraplar tərəfindən kəsilməsinə icazə verilirdi. Azərbaycan ərazisində hələ Əhəmənilərin pulları tapılmayıb. Çox güman ki, Qaracəmirli abidəsi kimi möhtəşəm abidədə həmin dövrə aid əhəməni pullarına və yazı nümunələrinə də rast gələ bilərik.

1905.az 1905.az portalı ermənilərin Azərbaycana gəlişi, onların azərbaycanlılara qarşı törətdikləri soyqırımları, deportasiyalar, Ermənistanın Azərbaycana təcavüzü haqqında internet-resursdur. Portalda mövzuya uyğun kitablar, məqalələr, müsahibələr, şahidlərin ifadələri, fotolar və digər materiallar təqdim…

FINCA Azerbaijan

Ağsuda arıçılıq...

Balı bal edən arıçılıq təsərrüfatı

#Bal, #Arıçı, #Arıçılıqtəsərrüfatı,#uğurlumüştəri #FINCA, #FINCAAzerbaijan

Nərgizava güzgülərinin Milli Azərbaycan Tarixi Muzeyində nümayiş olunduğu vitrindir...

Bunu hansı düşmən millətin nümayəndələri törədir? Sovetlər belə dağıtmadılar... Müstəqil Azəraycan niyə Bayırşəhəri məhv edir? Suallar qarşısında acizik, nə edəcəyimizi də, kimdən kimə şikayət edəcəyimizi də bilmirik... Söhbət ekspert rəyindən gedirsə, biz ekspertik, deyirik, bu binalar nəinki dağıdıla bilməz, həmin binalar təmir olunanda belə nəzarət altında təmir olunmalıdır... Bəs xəstə Azərbaycan Milli Elmlər Akademiyası hara baxır??? Bu abidələrin dağıdılması sənədləşdirilirmi? Bunlar kimlərinsə evi deyil, bura Bayırşəhərdir, mədəniyyət landşaftının pozulmasıdır...

miras.az

III. Uluslararası Hamza Nigarî Türk Dünyası Kültürel Mirası Sempozyumu

29 aprel tezislərin son göndərilmə tarixidir....
http://miras.az/index.php?sectionid=53§=1160

miras.az Amasya Üniversitesi, İstanbul Üniversitesi, Miras Medeni İrsin Öyrenilmesine Kömek İctimai Birliği'nin İşbirliği, TADEF (Türkiye Azerbaycan Türkleri Dernekleri Federasyonu) ve Amasya Azerbaycan Türkleri Kültür-Sanat ve Dayanışma Derneği ile 27-28 Ekim 2016 tarihleri arasında "III. Uluslararası Hamza…

Timeline Photos

miras.az

V Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər Konfransı-YOCOCU 2016

YOCOCU 2016 - Madriddə...
Tezis üçün son müraciət (1 səh.): 30 aprel 2016...

miras.az YOCOCU 2016-da mədəni irsin xarakteristkası, diaqnozu, konservasiyası və bərpası mövzusunda məqalələr qəbul olunacaq. Orada həmçinin müasir incəsənət, sənaye irsi, təhsil və mədəni irsin müxtəlif sahələrində peşəkar və tədqiqatçılar öz tədqiqatlarını məruzə etməyə dəvət olunur.

agsunews.az

İsmayıllı araşdırmaları elmi konfransı -

Az qaldı... Tezislərinizi göndərin...
http://agsunews.az/index.php?sectionid=news&id=1109

agsunews.az

miras.az

MIRAS Statement

Dear Friends!
Today there exist a lot of local and foreign mass media dealing with the conflict between Azerbaijan and Armenia. First, occupation of larger part of the Azerbaijan area by Armenia was verified by UN, OSCE and many other international organizations. The second, Azerbaijan demonstrated tolerance for 22 years for permanent peace keeping and continues tolerance so far. Third, Armenia carries out armed sabotage regularly against Azerbaijan with influence of other foreign forces; violates ceasefire which had to lead to peaceful negotiations and soldiers and local settlers are killed. The fourth, such sabotage happened on 2nd April, houses ruined and residents slain. The fifth, Azerbaijan army to restore territorial integrity, sovereign right of every country, has obliged to resist such kind of sabotage and to get back the invaded territories.
Dear friends! Azerbaijan has no land claims of any country, Azerbaijan will not stay still for occupation of own territories, cleanse territories from the invaders.
We thank you for your understanding and support.
Let Justice Win.

miras.az Dear Friends! Today there exist a lot of local and foreign mass media dealing with the conflict between Azerbaijan and Armenia. First, occupation of larger part of the Azerbaijan area by Armenia was verified by UN, OSCE and many other international organizations.

Dəvət edirəm, gəlin Qafqaz Albaniyasından, onun ən zəngin bədii metal verən Nərgizava abidəsindən danışaq...

Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində Azərbaycanın tanınmış insanları ilə "Qala Görüşləri"nə başlayırıq... İlk qonağımız Şəmil Sadiqdir... Dinləmək istəyənlər dəvətlidir... Kitab hədiyyələri də olacaq...

azertag.az

Ağsuda II Beynəlxalq tərəkəmə çərşənbəsi folklor festivalı keçiriləcək

Qeyd edək ki, Gəgəli kəndi Axtaçı obasının əsasını təşkil edən yaşayış məntəqələrimizdən biridir. Axtaçı tarixən Azərbaycanda Şirvan bölgəsinin iri obalarından biri olub. Maldarlıqla məşğul olan bu türk obasının bəzi folklor nümunələri özünəməxsusluq təşkil edir. Özünəxas bayram mərasimlərinin təhlili bu obanın timsalında əski türklərdə İlaxır çərşənbə mərasiminin necə önəmə malik olduğunu göstərir.

azertag.az İlaxır çərşənbə günündə Ağsu rayonunun Gəgəli kəndində II Beynəlxalq tərəkəmə çərşənbəsi folklor festivalı keçiriləcək. Festival MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, “HeritageTravel” MMC və “Sarılı” MMC-nin təşkilatçılığı, AMEA Folklor İnstitutu və Ağsu Rayon İcra Hakimiyyətinin d…

Armenian Terror

Bəyənin və paylaşın...
https://www.facebook.com/JusticeForKhojaly
https://twitter.com/justice_khojaly
https://www.instagram.com/justice_khojaly/
https://www.youtube.com/channel/UC0XPCgZk3WG0UF8XkzND0ZA

The channel aims to inform the global community about the atrocities done by Armenians against Muslims and other nationalities around the world.

İndidən qeydiyyata düşün ki, seçilən 200 nəfərdən biri olun...

Bu evciklər elektron şamı ilə Orta əsr Ağsu şəhəri (Medieval Agsu Town)ində suvenirlər mağazasında satılır... Özəl olaraq bizim üçün hazırlanıb... Hədiyyəlik ala bilərsiniz...

azpress.az

ADMİU-da Arxeoloji abidələrin idarə edilməsi mövzusunda seminar keçirilib - FOTO

Seminarda əsasən arxeoloji abidələrin qorunması və idarə olunmasından danışan Fariz Xəlilli Ağsu rayonunda arxeoloji tədqiqatlar aparılmış antik və ilk orta əsrlərə aid Nərgizava qəbiristanlığı, ilk orta əsrlər Mehrəvan şəhər yeri, son orta əsrlərin paytaxt şəhəri Ağsu abidəsi haqqında qısa məlumat verib. O, qeyd edib ki, arxeoloji abidələrin qorunmasında dövlət, bələdiyyə, ictimai, özəl qurumlar və akademik tədqiqatçılarla yanaşı yerli əhali də önəmli rol oynayır. Bu mənada konstitusiyamızda mədəniyyət hüququ adı altında təsbit olunan mədəni irsin qorunması hər bir vətəndaşın nəinki məsuliyyətini müəyyən edir, eləcə də əxlaq məsələsidir. Orta əsr Ağsu şəhərinin qorunmasında və idarə olunmasındakı meyarları açıqlayan Fariz Xəlilli bu təcrübəni 2014-cü ildə Avropa Arxeoloqları Asossasiyasında bölüşdüklərini və arxeoloji turizmin inkişafında dünyada baş verən yenilikləri tətbiq etdiklərini qeyd edib. O, ADMİU-nun muzeyşünaslıq və abidələrin bərpası ixtisası alan tələbələrini Orta əsr Ağsu şəhərində təcrübə keçməyə dəvət edib.

azpress.az

İkibaşlı quş fiquru... Nərgizava...

Ah, Nərgizava... Diqqətimdən kənar qalmısan...

[11/10/15]   2009-cu il... Mətbuat üçün açıqlama...

Azərbaycanın zəngin antik və ilk orta əsr abidələrindən biri Ağsu rayonunun Gəgəli kəndi ərazisində yerləşən Nərgizava abidəsidir. Abidə 1998-ci ildən başlayaraq yerli sakinlərin təsadüfən aşkar etdiyi çox unikal materialların toplanması və onların tədqiqi sayəsində elmə məlum olmuşdur. 100-ə qədər tunc, qızıl, saxsı, daş məmulatından ibarət eksponatlar Milli Azərbaycan Tarixi Muzeyində və Ağsu rayon Tarix-diyarşünaslıq Muzeyində mühafizə edilir. Abidənin qeydiyyata alınması ilə bağlı 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinə məktub ünvanlamışdır. Lakin hələ də dövlət qeydiyyatına alınmayıb. Oğuz-Qəbələ-Bakı su kəməri çəkilərkən 25-dən çox küp qəbiri də dağıdılmışdır. Bununla yanaşı, Nərgizavanın müxtəlif tip qəbirlərdən ibarət qəbiristanlığının böyük bir hissəsi Gəgəli kəndi sakinlərinin həyətyanı sahələrində yerləşdiyindən ilbəil çox sayda qəbir dağılır.
2009-cu ilin iyun ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Xınıslı ekspedisiyası tarix elmləri namizədi Akif Quliyevin rəhbərliyi ilə Nərgizava abidəsinin həyətyanı sahələrdən birində yerləşən hissəsində kəşfiyyat xarakterli işlərə başladı. Qazıntılarda Milli Azərbaycan Tarixi Muzeyinin elmi əməkdaşları da yaxından iştirak edir.
Əvvəlcə 25 kv.m sahədə qazıntılara başlandı. Daha sonra bu sahə 50 kv.m-ə çatdırıldı. Hələlik 22 qəbir abidəsi aşkar olunmuşdur. Qazıntı zamanı çox sıx və zaman ötdükcə yeni dəfnlərin olduğu mərasimə rast gəlindi. 20 sm-dən başlayaraq qəbirlər üzə çıxmağa başladı. Üst təbəqədəki qəbirlər təsərrüfat işləri görülərkən dağılmış, materialı qarışmışdır. Ağır texnikanın təzyiqi aşağı təbəqələrdə də hiss olunur.
Skeletlər əsasən üzü cənub-şərqə, sağ böyrü üstə aşkar olunur. Demək olar ki, bütün skeletlərin yanında (uşaq qəbirlərindən başqa) bizim nərgizava tipli qablar adlandırdığımız dördqulplular var. Bəzən qəbirlərdə avadanlıq yalnız bu dördqulplulardan ibarət olur. Kişi skeletlərinin yanından dəmir nizə ucluqları, bıçaq aşkar olunub. Qadın skeletlərinin yanından isə müxtəlif muncuqlar, dəmir sancaq tapılır. Uşaq qəbirlərində daha çox miniatür qablara rast gəlinir. Bəzən skeletin baş tərəfində qoyulmuş iri daşlar üzə çıxır. Bu hər halda dəfn mərasimi ilə əlaqədardır.
Nərgizava qəbristanlığının buradakı qəbirləri e.ə. III-I əsrlərə aid edilir.

Hörmətli turistlərimiz!
07 Noyabr Həm “Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi” ni görmək ,həm də “Nar Bayramı Festivalı”nda iştirak etmək istəyirsinizsə… **Ağsu - Göyçay Nar Bayramı Festivalı Turu” na qeydiyyatdan keçməyə tələsin
Turun qiyməti: Səhər yeməyi ilə 25-AZN
Qiymətə daxildir:
✔ Nəqliyyat xidməti ( VIP AVTOBUS)
✔ Səhər yeməyi (Yağ , bal,pendir, yumurta,tendir çörəyi,samovar çayı)
✔ Ekskurisya
✔ Kompleksə giriş biletləri
✔ Tur rəhbər
✔ Fotossesiya (şəkilər pulsuz cəkilib diskdə veriləcək)
✔Çay süfrəsi (samovar)

TURUN PROQRAMI
TƏYİN OLUNMUŞ YERDƏ TOPLAŞMA (N.Nərimanov Mc.Donaldın qarşısı)
BAKI – Şamaxı yolu istiqamətində hərəkət
Şamaxıda Səhər yeməyi (yağ-bal-pendir-yumurta-qaymag-sirin cay)
Ağsu istiqamətində hərəkət
Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksində Qarsılanma
Orta əsr Ağsu şəhəri ilə tanışlıq.
Yazılı qaynaqlarda Ağsu və ya "Yeni Şamaxı" kimi xatırlanan, xalq arasında "Ağsu qalası" və ya "Xaraba şəhər" kimi tanınan orta əsr Ağsu şəhərinin xarabalıqları indiki Ağsu şəhərindən 3 kilometr cənubda, Ülgüc və Ərəbuşağı kəndinin yanında yerləşir. Orta əsr Ağsu şəhəri plan etibarı ilə düzbucaqlı formada olmaqla 40 hektar sahəni əhatə edir. Ağsu bölgədə dövrünün həm əhalisinə, həm də ərazisinə görə ən böyük şəhəri olub. 2010-2012-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı 1,5 hektar sahə öyrənilib, 3 qazıntı sahəsinin üzəri örtülərək və ətrafı abadlaşdırılaraq Azərbaycanın ilk arxeoparkı yaradılıb. Qonaqlar istənilən fəsildə buranı ziyarət edə, xidmətlərdən yararlana bilirlər

Çay süfrəsi (samovar)
Ağsu- Göyçay yolu
Göyçayda qarşılanma və Nar bayramı olan əraziya gəlmə
"Nar bayramı" ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 noyabr 2006-cı ildə keçirilmişdir.
Tədbirdə bir sıra xarici ölkə səfirləri, habelə respublikadan kənarda yaşayan göyçaylı iş adamları da iştirak edirdilər. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında nar məhsullarından hazırlanmış şirələrə qonaq edildilər.
Bayram haqqında:
Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdirilir. Şəhər mərkəzində gənc idmançıların çıxışları və konsert proqramlarına tamaşa edilir.
Bayramların keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsindən ibarətdir.
Göyçay narları
Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Narlar tarixən Azərbaycanın demәk olar ki, bütün regionlarında yetişdirilir. Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilmәsi mərkəzi kimi qəbul edilmişdir. Şirə istehsalı üçün əsas etibarı ilə Göyçay rayonunda yetişən narlardan istifadə olunur.
Məhz Göyçay narı dünyada tanınaraq, "əsl Azərbaycan narları" üçün sinonimə çevrilmişlər.Göyçay narlarının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir.

Əlavə Məlumat Üçün:
mob: 070 / 055 - 374 69 07
Whatsapp: 055-374-69-07
email:[email protected]
[email protected]

Want your business to be the top-listed Travel Agency in Agsu?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Gəgəli Kəndi
Agsu
Other Tour Agencies in Agsu (show all)
Ağsudan Dünyaya Dünyadan Ağsuya Ağsudan Dünyaya Dünyadan Ağsuya
Ağsu şəhəri
Agsu

Ağsudan Dünyaya Dünyadan Ağsuya Bütün istiqamətdə turların təşkili